Qaynar xətt:

(+99450) 247 90 86

Tanınmış jurnalist Prezidentə müraciət etdi: \"Məktublarım cavabsız və nəticəsiz qalır\"

ŞİKAYƏTLƏR

6739

25.12.2019, 12:06

Tanınmış  jurnalist  Günay Arda  ölkə Prezidentinə və  Vitse-prezident,  birinci xanım Mehriban Əliyevaya  müraciət   edib. 

Oxu24.com  jurnalistin  müraciətini  təqdim  edir:

 

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə
Vitse-prezident,  birinci xanım Mehriban Əliyevaya

Dəfələrlə  Sizə ünvanladığım məktublar  ya  Sumqayıt  Şəhər  icra  Hakimiyyətinə, ya  da Yasamal  Rayon icra Hakimiyyətinə  göndərilir.  Hər  dəfə  də məktublarım  cavabsız  və nəticəsiz  qalır. Bəhanə  olaraq anamın və qardaşımın  yaşadığı, mənim isə 14 ildən artıq müddətdə faktiki olaraq heç bir aidiyyatım olmayan evin adı çəkilir. 

Qeyd edim ki, iki  azyaşlı  övladım  var. 15 ilə  yaxındır ki, KİV-də  dövlətimə  və  xalqıma xidmət  etmişəm. Bunun   qarşılığında  hər  hansı  təmənna və  ya  mükafat   gözləməmişəm.
Lakin  mənim  mənzil təminatımın olmaması  birbaşa həm əmək fəaliyyətimə, həm də övladlarımı böyütməyimə mane olur.

Yazdığım məktublardan və vurduğum teleqramlardan xəbərsizsiniz. Əminəm ki, Siz şəhid övladı, jurnalist  və  nəhayət  Azərbaycan  vətəndaşının  müraciətlərini  cavabsız  qoymazsınız.

Hörmətlə : Jurnalist Günay Arda